Şriftin ölçüsü :

Saytın rəngi :

Qaz sızması ilə əlaqədar baş vermiş partlayış nəticəsində şəxsin ölməsi faktı ilə bağlı cinayət işi başlanmışdır

22.10.2021

02 oktyabr 2021-ci il tarixdə Şamaxı şəhər sakini MirDaşqın Babayevin yaşadığı evin hamam otağında  qaz sızması ilə əlaqədar baş vermiş partlayış nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alması və aldığı xəsarətlərdən oktyabrın 3-də müalicə olunduğu xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə  cinayət işi başlanmışdır.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.