Şriftin ölçüsü :

Saytın rəngi :

#prokurorluqlasualcavab - Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində 21.10.2021-ci il tarixdə növbəti sual-cavab sessiyası keçirilmişdir

21.10.2021

Oktyabrın 21-də saat 10:00-dan 13:00-dək Baş Prokurorluğun "İnstagram" sosial şəbəkəsindəki səhifəsində növbəti sual-cavab sessiyası keçirilib. Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən vətəndaşlar əvvəlcədən kütləvi informasiya vasitələri və sosial media vasitəsilə məlumatlandırılıb. İctimaiyyət tərəfindən maraqla qarşılanan sessiya zamanı vətəndaşların sualları cavablandırılıb, eləcə də müraciətlər qeydə alınıb. Sessiya zamanı 43 müraciət daxil olub, müraciətlərin dərhal Baş Prokurorluğun vəzifəli şəxsləri tərəfindən cavablandırılması təmin edilib. Növbəti sual-cavab sessiyasının tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.