Şriftin ölçüsü :
Saytın rəngi :
#sözvətəndaşda – Goranboy şəhər sakini prokurorluq orqanlarına minnətdarlığını bildirib Goranboy şəhər sakini Ehtiram Məmmədov bir neçə şəxsin əlbir olaraq ipoteka krediti vasitəsilə ev almaq adı ilə onun 4 min 250 manat məbləğində pulunu ələ keçirməsi və digər qanunsuz hərəkətləri ilə bağlı rayon prokurorluğuna müraciət etmişdir. Müraciət üzrə araşdırma aparılaraq Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178.2.1-ci (dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə cinayət işi başlanmışdır. İstintaqın gedişində Ehtiram Məmmədova dəymiş ziyanın tam olaraq ödətdirilməsi təmin edilmişdir. Ehtiram Məmmədov Baş Prokurorluğun sosial şəbəkə hesabına minnətdarlığını ifadə etdiyi videoçarxı göndərməklə ictimailəşdirilməsini xahiş etmişdir. Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunan videoçarx ictimaiyyətə təqdim olunur.
Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı