Şriftin ölçüsü :

Saytın rəngi :

#SORĞUYACAVAB - Kəlbəcər rayonunun Zar kəndində yol çəkilişi zamanı ekskavatorun üzərinə qaya parçalarının düşməsi nəticəsində operatorun ölməsi faktı ilə bağlı Kəlbəcər Rayon Prokurorluğunda araşdırma aparılır

19.10.2021

Kütləvi informasiya vasitələrindən daxil olmuş sorğulara cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilmişdir ki, sentyabrın 26-da Kəlbəcər rayonunun Zar kəndində yol çəkilişi zamanı “North West Construction” şirkətinə məxsus ekskavatorun üzərinə qaya parçalarının düşməsi nəticəsində ekskavatorun operatoru Kürdəmir rayon sakini Cəbrayılov Bəhruz İsrail oğlunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi barədə Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.