Şriftin ölçüsü :
Saytın rəngi :
Xəbər verildiyi kimi, 27.06.2021-ci il tarixdə Bərdə rayonu, İmirli kənd sakini Toğrul Abdullayevin rayon ərazisində öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanmışdır.
İstintaqla müəyyən edilmişdir ki, zərərçəkmişin həmkəndlisi Rəşad Musayevin şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı məişət təyinatlı qayçı ilə Toğrul Abdullayevə xəsarət yetirməsi nəticəsində sonuncu almış olduğu xəsarətdən xəstəxanada ölmüşdür.
İş üzrə toplanmış sübutlar əsasında Rəşad Musayevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı