Şriftin ölçüsü :
Saytın rəngi :
Oktyabrın 15-də saat 09 radələrində Binəqədi rayonu ərazisində 1984-cü il təvəllüdlü Sahilə Cəfərovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1981-ci il təvəllüdlü Ramil Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Sahilə Cəfərovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Ramil Səfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı