Şriftin ölçüsü :
Saytın rəngi :
Çox vaxt azadlıqdan məhrum etmə ləyaqəti alçaldan elementləri özündə ehtiva edə bilər. Bununla belə, şəxsin məhkum edilməsindən sonra həbsxanaya salınmasının özlüyündə Avropa Konvensiyasının 3-cü maddəsi üzrə məsələləri qaldırdığını söyləmək olmaz. Eləcə də bu maddəni belə bir ümumi öhdəlik müəyyən edən maddə kimi şərh etmək olmaz ki, şəxs sağlamlıq durumu ilə əlaqədar olaraq həbsdən azad edilməli və ya spesifik tibbi müalicə ala bilməsi üçün mülki xəstəxanaya yerləşdirilməlidir. Bununla belə, bu maddəyə əsasən, dövlət şəxsin həbsxanada insan ləyaqətinə uyğun şəraitdə saxlanmasını, cəza tədbirinin tətbiq edilmə üsulunun və metodunun onda həbs tədbirinə xas olan dərəcədən artıq iztirab və ya məhrumiyyət hissi doğurmamasını və azadlıqdan məhrum edilmə tədbirinin praktiki tələbləri nəzərə alınmaqla, onun sağlamlığının və əmin-amanlığının qorunmasını təmin etməlidir (Melnik Ukraynaya qarşı iş, § 93).
Şəxsin səhhətinin onun həbsdə saxlanmasına imkan verib-verməməsi ilə bağlı üç konkret element nəzərdən keçirilməlidir: a) həbsdə saxlanma yerinin tibbi şəraiti; b) həbsdə saxlanma yerində göstərilən tibbi yardımın və qulluğun adekvatlığı; c) ərizəçinin sağlamlıq durumu baxımından həbs tədbirinin qüvvədə saxlanmasının məqsədəuyğunluğu (Muisel Fransaya qarşı iş, § 40-42).

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı