Şriftin ölçüsü :

Saytın rəngi :

Şəxsin ehtiyatsızlıqdan ölməsi faktı ilə bağlı cinayət işi başlanmışdır

13.10.2021

Oktyabrın 12-si saat 14 radələrində İmişli rayonu ərazisində Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağında fəhlə işləyən 1980-ci il təvəllüdlü Ramil Şirinovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, hidroqovşaq ərazisində ekskavatorla hamarlama işləri aparılarkən ekskavatorun yük hissəsi ilə beton hissəciyin arasında qalması nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür.
Faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.