Şriftin ölçüsü :

Saytın rəngi :

Şəxsin qəsdən öldürülməsinə cəhd edilməsi faktı ilə bağlı cinayət işi başlanıb

13.10.2021

Oktyabrın 12-i saat 18 radələrində Füzuli rayonu ərazisində 1994-cü il təvəllüdlü Ceyhun Quliyevə bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla rayon sakini, 1988-ci il təvəllüdlü Müşfiq Əsədovun aralarında yaranmış mübahisə zamanı Ceyhun Quliyevin üzərinə avtomobillə hərəkət edərək sonuncunu vurması, daha sonra bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Müşfiq Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur. 
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.