Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Həbs yerlərində xəsarət

12.10.2021

Avropa Məhkəməsi bildirir ki, fərd polis həbsxanasına sağlam vəziyyətdə aparılırsa, lakin oradan buraxılarkən onun xəsarət aldığı müəyyən edilirsə, həmin xəsarətlərin necə yetirildiyinə dair ağlabatan izahat vermək vəzifəsi dövlətin üzərinə düşür, belə izahat verilmədikdə açıq-aydın Avropa Konvensiyasının 3-cü maddəsi üzrə məsələlər ortaya çıxır.
Avropa Məhkəməsi qeyd edir ki, polis orqanlarının müvəqqəti saxlanma yerlərində işgəncə qurbanı xarici aləmdən təcrid edildiyi, zəruri sübutları təsdiq və ya toplaya biləcək həkim, vəkil, ailə üzvləri və dostları ilə görüşmək imkanından məhrum edildiyi halda işgəncə barədə şikayətlərin əsaslandırılması xüsusilə çətindir. Dövlət orqanları hadisə ilə bağlı sübutları, o cümlədən məhkəmə-tibb ekspertizasının rəyini almaq üçün bütün münasib tədbirləri həyata keçirməlidirlər. Araşdırmanın xəsarətin səbəblərini və ya məsuliyyətli şəxsi müəyyən etmək qabiliyyətini pozan onun hər hansı çatışmazlığı bu standartın pozulmasına gətirib çıxara bilər. Bununla belə, məhkəmə hesab edir ki, məhkəmə-tibb ekspertizası rəyinin vaxtında təmin edilməməsi araşdırmanın effektsizliyinə gətirib çıxaran vacib amillərdən biridir. Vaxtında keçirilmiş tibbi müayinə məhkəmə-tibb eksperti üçün xəsarətlərin səbəbləri və onların yetirilməsi vaxtı barədə daha dəqiq nəticələrə gəlmək imkanını yaradır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.