Şriftin ölçüsü :

Saytın rəngi :

Polis serjantının elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı Xocavənd rayon prokurorluğuna araşdırma aparılır

11.10.2021

Oktyabrın 10-da saat 02 radələrində 1998-ci il təvəllüdlü Cəbrayıl Rayon Polis Şöbəsinin polis serjantı Toğrul Mədətlinin meyitinin Xocavənd rayonunun Binə Dərəsi kəndi ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
     
     Araşdırmalarla müəyyən edilmişdir ki, Toğrul Mədətli xidmətdən kənar vaxtda istintaqa məlum olmayan səbəbdən Xocavənd rayonuna getmiş və rayonun Binə Dərəsi kəndi ərazisində elektrik cərəyanı vurması səbəbindən ölmüşdür. 
Faktla bağlı hazırda Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.