Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Susmaq hüququ

09.10.2021

Avropa Məhkəməsinin presedent hüququna əsasən, milli məhkəmə təqsirləndirilən şəxs sadəcə susduğuna görə onun təqsirkar olduğu barədə nəticə çıxara bilməz. Yalnız təqsirləndirilən şəxsin əleyhinə olan dəlillər təqsirləndirilən şəxsin ifadə verməsini  “tələb edirsə”, həmin ifadə verilmədikdə, “normal məntiq heç bir ifadənin verilməməsi faktından belə nəticə çıxarmağa imkan verə bilər ki, təqsirləndirilən şəxs təqsirkardır”. Əksinə, ittiham tərəfinin dəlillərinin sübutedici dəyəri cavab tələb etməyə qadir olmayan dərəcədə azdırsa, təqsirləndirilən şəxsin sözügedən ifadəni verməməsi, onun təqsirkar olduğu barədə nəticə çıxarılmasına haqq qazandıra bilməz. Yekun olaraq, yalnız təqsirləndirilən şəxsə qarşı sübutların işığında hakimin düzgün hesab etdiyi, sağlam məntiqə əsaslanan nəticələr qanuna istinadən çıxarıla bilər.
Con Mürrey Birləşmiş Krallığa qarşı iş (№ 41/1994/488/570, 08.02.1996, § 51).

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.