Şriftin ölçüsü :

Saytın rəngi :

#maariflənək - Baş Prokurorluq növbəti videoçarx hazırlayıb

07.10.2021

Prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.
Tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən vətəndaşları narahat edən məsələlərlə bağlı #maariflənək həştəqi altında mütəmadi olaraq maarifləndirici videoçarxların hazırlanaraq ictimaiyyətə təqdim olunması həyata keçirilir.
Hazırda təqdim olunan videoda turizm şirkətlərinin və onların nümayəndələrinin saxta “səyahət turlarını” sataraq vətəndaşlara qarşı dələduzluq etmələri ilə bağlı vətəndaşlarımıza müraciət edilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.