Şriftin ölçüsü :
Saytın rəngi :
Avropa Konvensiyasının 3-cü maddəsi dövlətin üzərinə azadlıqdan məhrum edilmiş şəxslərin fiziki sağlamlığını qorumaq öhdəliyini qoyur (məsələn, onlara zəruri tibbi yardım göstərmək vasitəsilə). İstənilən halda, müvafiq şəxslər 3-cü maddənin müdafiəsi altında qalırlar, həmin maddənin tələblərindən geri çəkilməyə isə yol verilmir (Muisel Fransaya qarşı iş, § 40; Gennadi Naumenko Ukraynaya qarşı iş, §112). Bərqərar olmuş tibbi prinsiplər baxımından terapevtik zərurətdən irəli gələn tədbir prinsipcə qeyri-insani və ləyaqəti alçaldan tədbir sayıla bilməz (Hertseqfalvi Avstriyaya qarşı iş, §82).
Bunu bilərəkdən qida qəbul etməkdən imtina edən həbs edilmiş konkret şəxsin həyatını qorumaq məqsədi ilə onun məcburi yedizdirilməsinə aid etmək olar. Məcburi yedizdirilmə qərarı ilə bağlı tibbi zərurətin mövcudluğu sübut edilməlidir. (Yallo Almaniyaya qarşı iş, § 69).
Hətta tibbi zərurət bunu tələb etməsə belə, Avropa Konvensiyasının 3-cü və 8-ci maddələri cinayət törədilməsində şübhəli şəxsin iştirakına dair sübut əldə etmək üçün şübhəli şəxsin istəyi olmadan tibbi prosedura əl atılmasını qadağan etmir. Buna görə, bir sıra hallarda Konvensiya orqanları araşdırdıqları işin halları ilə bağlı belə hesab etmişlər ki, cinayətin istintaqını aparmaq üçün şübhəli şəxsin iradəsi əleyhinə qan və ya ağız suyu nümunələrinin götürülməsi bu maddələri pozmur (X Niderlanda qarşı iş; Şmidt Almaniyaya qarşı iş).

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı