Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev pensiyaya çıxmış prokurorluq işçiləri ilə görüşmüşdür

06.10.2021

Oktyabrın 6-da Baş prokuror Kamran Əliyevlə pensiyaya çıxmış Xızı rayon prokuroru İlham Məmmədov, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin prokuroru Tahir Vəliyev və İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Mehdi Mirzəyevin arasında görüş keçirilmişdir.
Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə təltif edilmiş prokurorluğun pensiyaya çıxmış işçilərinə Fəxri fərman və medallar təqdim edilmişdir.
Tədbirdə iştirak edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya prokurorluğun pensiyaya çıxmış işçilərinə göstərilən diqqət və qayğıya görə dərin minətdarlıqlarını bildirmişlər. 
Görüşün yekununda xatirə fotoşəkli çəkilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.