Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLAR - Ağlabatan müddət: ədalətli məhkəmə araşdırması

05.10.2021

Avropa Məhkəməsi bildirir ki, prosesin müddətinin ağlabatan olub-olmaması işin hallarına görə qiymətləndirilməli və Avropa Məhkəməsinin presedent hüququnda təsbit olunmuş meyarlar, yəni konkret olaraq - işin mürəkkəbliyi, ərizəçinin və müvafiq hakimiyyət orqanlarının davranışı, habelə işdə həll olunan məsələnin ərizəçi üçün mühümlüyü nəzərə alınmalıdır. İş yükünün xroniki çoxluğu, prosesin həddən artıq gecikdirilməsinin etibarlı izahı deyil və ayrıca bir işə təxirə salındıqdan sonra dəfələrlə yenidən baxılması - özlüyündə cavabdeh dövlətin məhkəmə sistemində ciddi nöqsanların olduğunu aşkara çıxarır. İstənilən halda, bu, iştirakçı dövlətlərin üzərinə düşən vəzifədir ki, məhkəmələrini, hər kəsin mülki hüquq və vəzifələri müəyyən edilərkən “ağlabatan müddətdə” işinin araşdırılması hüququnu təmin edə biləcək şəkildə təşkil etsinlər.

İliç Serbiyaya qarşı iş (№ 30132/04, 09.10.2007, § 85-87)

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.