Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Tərəflərin çəkişməsi

04.10.2021

Avropa Məhkəməsinin presedent hüququna əsasən, tərəflərin bərabərliyi prinsipi, geniş anlayış olan “ədalətli məhkəmə araşdırması” anlayışının yalnız bir əlamətidir; buraya həm də belə bir fundamental hüquq daxildir ki, cinayət prosesi tərəflərin çəkişməsinə əsaslanmalıdır. Çəkişməyə əsaslanan məhkəmə araşdırması hüququ, cinayət işində o deməkdir ki, həm ittiham, həm də müdafiə tərəfinə imkan verilməlidir ki, digər tərəfin etdiyi qeydlərdən və təqdim etdiyi sübutlardan xəbərdar olsunlar və onlar barədə izahat versinlər. Dövlətdaxili hüquqda bu tələbi təmin etmək üçün müxtəlif üsullar mövcud ola bilər. Lakin hansı üsulun seçilməsindən asılı olmayaraq, həmin üsul təmin etməlidir ki, təqdim olunan qeydlərdən digər tərəf xəbərdar olsun və onlar barədə izahat vermək üçün real imkana malik olsun.
Brandstetter Avstriyaya qarşı iş (28.08.1991, § 66-67)

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.