Şriftin ölçüsü :

Saytın rəngi :

Şəxsin qəsdən öldürülməsinə cəhd edilməsi faktı ilə bağlı cinayət işi başlanıb

30.09.2021

Sentyabrın 28-i saat 14 radələrində Sumqayıt şəhəri bulvar ərazisində 1988-ci il təvəllüdlü İlkin İbişova bıçaqla xəsarətlər yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla şəhər sakini, 1978-ci il təvəllüdlü Rahib Yunusovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı İlkin İbişova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Rahib Yunusov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur. 
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.