Şriftin ölçüsü :

Saytın rəngi :

Keçmiş kürəkəni qəsdən öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub

28.09.2021

Sentyabrın 25-i saat 22 radələrində Göygöl rayonu, Hacıməlik qəsəbəsində 1987-ci il təvəllüdlü Azər Məhərrəmova bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş qayınatası Amil İbrahimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Azər Məhərrəmova bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Göygöl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Amil İbrahimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur. 
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.