Şriftin ölçüsü :
Saytın rəngi :
Avropa Məhkəməsinin presedent hüququna əsasən, məhkəmənin “qərəzsizlik” şərti iki meyara görə qiymətləndirilməlidir. Söhbət, ilk növbədə hakimin bu və ya digər şəraitdə şəxsi davranışını və inandırıcı olması əks etdirən subyektiv meyardan gedir. Xüsusən də, məhkəmə subyektiv olaraq heç bir şəxsi düşüncə və rəyini göstərməməlidir. Hakimin şəxsi qərəzsizliyi, bunun əksi sübut olunana qədər ehtimal olunur. Digəri isə, hər cür şübhəni kənarlaşdırmaq üçün məhkəmənin kifayət qədər təminatlar təklif etməsinə inandırmağa səbəb olan obyektiv meyardır.
Subyektiv meyara gəlincə, Avropa Məhkəməsi bildirir ki, işə baxan məhkəmə orqanlarından tələb olunan təvazökarlıq, hətta təhriklərə cavab vermək üçün belə, onların mətbuatdan istifadə etməmələrindən ibarətdir. Ədalətli məhkəmə araşdırması məhz bunu tələb edir. Bundan başqa, işə baxan məhkəmə tərkibində sədrlik edən hakimin və eləcə də tərkibə daxil olan digər hakimlərin, ictimai yerdə tərəflərdən hər hansı biri haqqında mənfi fikirləri nəzərdə tutan ifadələr işlətmələri, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan məhkəmələrin qərəzsizliyinə uyğun deyil.
Lavents Latviyaya qarşı iş (№ 58442/00, 28.11.2002, § 117-118)

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı