Şriftin ölçüsü :

Saytın rəngi :

Tanışını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulmuşdur

23.09.2021

Sentyabrın 22-i saat 23 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qəsəbə sakinləri - 1998-ci il təvəllüdlü Kamil Cəfərovun öldürülməsi,  qardaşı 2001-ci il təvəllüdlü Samir Cəfərova isə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla zərərçəkmişlərin tanışı 1997-ci il təvəllüdlü Sərxan Dadaşovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla Kamil Cəfərova çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə, sonuncunun qardaşı Samir Cəfərova isə bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilmişdir. 
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci   (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Sərxan Dadaşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir. 
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.