Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon sakininin aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı cinayət işi başlanmışdır

21.09.2021

Sentyabrın 21-də Oğuz rayonu Böyük Söyüdlü kəndi ərazisində 1957-ci il təvəllüdlü Gülgəz Muştaqovanın almış olduğu xəsarətlər nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin əri 1958-ci təvəllüdlü Vaqif Muştaqov şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Gülgəz Muştaqovanın bədəninin müxtəlif nahiyələrinə yumruqla xəsarətlər yetirmiş, nəticədə  Gülgəz Muştaqova almış olduğu xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölmüşdür.

Faktla bağlı Oğuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Vaqif Muştaqov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.