Şriftin ölçüsü :
Saytın rəngi :
Avropa Konvensiyasının 5-ci maddəsinin 4-cü bəndi həbsə alınmanın “qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılmasını” nəzərdə tutur. Avropa Məhkəməsi bildirir ki, bu tələbin iki aspekti var: birincisi, həbsin qanuniliyinə məhkəmə tərəfindən yenidən baxılması şəxs həbsə alındıqdan sonra tez bir zamanda baş verməlidir və bundan sonra zərurət yarandıqda yenidən baxılma ağlabatan intervallarla təkrar olunmalıdır. İkincisi, yenidən baxılma prosesi lazımi səylə həyata keçirilməlidir.
Bundan başqa, Avropa Məhkəməsi xatırladır ki, daxili qanunvericilikdə apellyasiya sistemi nəzərdə tutulubsa, apellyasiya orqanı da 5-ci maddənin 4-cü bəndinin tələblərinə riayət etməlidir (Qrauzinis Litvaya qarşı iş, № 37975/97, 10.10.2000, § 30-32). Bu, xüsusən həbsə alma barədə qərar çıxarmış aşağı məhkəmələrin qərarlarına apellyasiya orqanı tərəfindən yenidən baxılmasının tez həyata keçirilməsinə aiddir.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı