Şriftin ölçüsü :
Saytın rəngi :
Avropa Məhkəməsinin oturuşmuş presedent hüququna əsasən, Avropa Konvensiyasının 3-cü maddəsinin əhatə dairəsinə düşmək üçün pis rəftar minimal qəddarlıq səviyyəsinə çatmalıdır. Bu minimal səviyyənin qiymətləndirilməsi nisbidir: o, işin bütün hallarından, məsələn, həmin rəftarın davam etmə müddətindən, onun fiziki və ya ruhi təsirlərindən, eləcə də bəzi hallarda qurbanın cinsindən, yaşından və sağlamlıq durumundan asılıdır (Prays Birləşmiş Krallığa qarşı iş, § 24; Muisel Fransaya qarşı iş, § 37; Yallo Almaniyaya qarşı iş, § 67).
Cəzanın və ya onunla bağlı rəftarın “qeyri-insani” və ya “ləyaqəti alçaldan” hesab olunması üçün iztirab və ya alçalma konkret qanuni rəftar və ya cəza formasından irəli gələn qaçılmaz iztirab və ya alçalma elementinin hüdudlarını aşmalıdır (Labita İtaliyaya qarşı iş, § 120).
Qəddar rəftarın hər hansı formasının işgəncə kimi tövsif edilməli olub-olmadığının müəyyənləşdirmək üçün Avropa Konvensiyasının 3-cü maddəsində bu anlayışla qeyri-insani və ya ləyaqəti alçaldan rəftar anlayışı arasında qoyulan fərqə diqqət yetirilməlidir. Konvensiyada əks olunmuş bu fərq ondan ibarətdir ki, yalnız bilərəkdən törədilən və çox ciddi və amansız iztiraba səbəb olan qeyri-insani rəftar xüsusi “işgəncə”anlayışı ilə müəyyən olunur

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı