Şriftin ölçüsü :

Saytın rəngi :

#sözvətəndaşda - Kəlbəcər rayon sakini Baş Prokurorluğa minnətdarlığını bildirib

14.09.2021

Kəlbəcər rayon İstibulaq kənd sakini Məmmədquluyev Həsrət Elman oğlu Kəlbəcər rayonu ərazisində yerləşən çalışdığı çörək sexində əmək hüquqlarının pozulması ilə bağlı rayon prokurorluğuna müraciət etmişdir. 
Müraciət üzrə əhəmiyyət kəsb edən şəxslərin izahatları alınmış, o cümlədən digər zəruri zəruri tədbirlər görülmüşdür. 
Araşdırmanın nəticəsində məsələ müsbət həllini tapmış və H.Məmmədquluyevin müraciəti təmin olunmuşdur. 
Prokurorluğa müraciət edərək məmnun qalan Həsrət Məmmədquluyev Baş Prokurorluğun sosial şəbəkə hesabına minnətdarlığını ifadə etdiyi videoçarxı göndərməklə ictimailəşdirilməsini xahiş etmişdir. 
Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunan videoçarx ictimaiyyətə təqdim olunur.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.