Şriftin ölçüsü :

Saytın rəngi :

Həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilmişdir

13.09.2021

Sentyabrın 12-i saat 23 radələrində Ağstafa rayonu, Köçəskər kəndi ərazisində kənd sakinləri –Yaşar Yusifovun öldürülməsi,  qardaşı Müşvik Zeynalova isə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla 1986-cı il təvəllüdlü Sabir Məmmədovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla həmkəndlisi 1981-ci il təvəllüdlü Yaşar Yusifovun sol döş qəfəsi nahiyəsinə xəsarət yetirərək qəsdən öldürməsinə, sonuncunun qardaşı Müşvik Zeynalovun isə sol kürək nahiyəsinə xəsarət yetirərək öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir. 
Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1  (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.
Sabir Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir. 
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.