Şriftin ölçüsü :

Saytın rəngi :

Həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilmişdir

13.09.2021

Sentyabrın 12-i saat 13 radələrində Yardımlı rayon, Arvana kənd sakini 1999-cu il təvəllüdlü Nəsrəddin Sətizadənin odlu silahdan açılan atəşlə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
 Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1988-ci il təvəllüdlü Asif Ağayevin kənd ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nəsrəddin Sətizadənin sinə nahiyəsinə ov tüfəngindən atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Yardımlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Asif Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
 Hazırda cinayət işi üzrə istintaq davam edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.