Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Ölkədən çıxarılma hallarında iştirakçı dövlətlərin məsuliyyəti

10.09.2021

Avropa Məhkəməsinin oturuşmuş presedent hüququnda bu məsələ beynəlxalq hüququn hamılıqla tanınan məsələsi hesab olunur ki, iştirakçı dövlətlər öz müqavilə öhdəliklərinə, o cümlədən Avropa Konvensiyasından irəli gələn öhdəliklərinə əməl etmək şərti ilə əcnəbilərin ölkəyə gəlişinə, yaşayış yerinə və ölkə daxilində yerdəyişmələrinə nəzarət etmək hüququna malikdirlər (Əbdüləziz, Kabales və Balkandali Birləşmiş Krallığa qarşı iş, § 67; Bujlifa Fransaya qarşı iş, § 42). Bundan əlavə, nə Avropa Konvensiyası, nə də onun Protokolları siyasi sığınacaq hüququ vermir (Vilvaraca və başqaları Birləşmiş Krallığa qarşı iş, § 102; Əhməd Avstriyaya qarşı iş, § 38).
Lakin müvafiq şəxsin deportasiya olunacağı təqdirdə Avropa Konvnsiyasının 3-cü maddəsinə zidd olan rəftara məruz qalma riski ilə üzləşəcəyini düşünmək üçün əsaslı səbəblər mövcud olduqda iştirakçı dövlətin həmin şəxsi ölkədən çıxarması 3-cü maddə üzrə məsələni doğura bilər və bununla da dövlətin Konvensiya üzrə məsuliyyətinə səbəb ola bilər. Belə halda Avropa Konvnsiyasının 3-cü maddəsində sözügedən şəxsi həmin ölkəyə deportasiyaya etməmək öhdəliyini nəzərdə tutur (Sörinq Birləşmiş Krallığa qarşı iş, § 90-91; H.L.R. Fransaya qarşı iş, § 34; Salah Şix Niderlanda qarşı iş, § 135 və s).
Avropa Konvnsiyası üzrə hər hansı məsuliyyət yaranıbsa və ya yarana bilərsə, bu iştirakçı dövlətin üzərinə düşən məsuliyyətdir, ona görə ki, fərdin qadağan olunmuş qəddar rəftara məruz qalma riski ilə üzləşməsi iştirakçı dövlətin tədbir görməməsinin birbaşa nəticəsidir (Mamatkulov və Askarov Türkiyəyə qarşı iş, § 67).
İşgəncələrə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaya qoyulan qadağa qurbanın davranışından asılı olmayaraq mütləqdir (Çahal Birləşmiş Krallığa qarşı iş, § 79)

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.