Şriftin ölçüsü :

Saytın rəngi :

10 sentyabr- Beynəlxalq İntiharla Mübarizə Günüdür

10.09.2021

İntihar halları təəssüf ki, bütün dünyada erkən ölümlər arasında ilkin səbəblərdən biridir. Bu faciəvi qərara daha çox diskriminasiyaya məruz qalan, ümidsizliyə qapılan və ya psixi pozğunluqdan əziyyət çəkən şəxslər üz tutur. 
İntihar hallarının qarşısının alınması sağlam cəmiyyət üçün vacibdir. Bunun üçün müxtəlif maarifləndirmə işlərindən əlavə, fərd olaraq hər birimiz insanlara qarşı daha həssas və diqqətli olmalıyıq. İnsanların empatiya və xeyirxahlığı, mühakimə etmədən dinləmək bacarığı bir insanın həyatını və gələcəyini xilas edə bilər.

#həyatındəyərlidir
#həyatyaşamağadəyər

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.