Şriftin ölçüsü :

Saytın rəngi :

#sözvətəndaşda - Salyan rayon sakini Baş Prokurorluğa minnətdarlığını bildirib

09.09.2021

Salyan rayonu Xurşud kənd sakini Əsədov Əkbər Rauf oğlu yaşadığı evdə təbii qazın kəsilməsi, həmçinin kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmaq üçün ona torpaq sahəsinin ayrılması ilə bağlı rayon prokurorluğuna müraciət etmişdir.
Əkbər Əsədov dərhal rayon prokurorluğu tərəfindən qəbul edilməklə ona müraciətində əks etdirdiyi məsələlərin həlli ilə bağlı hərtərəfli köməklik göstərilmişdir. 
Prokurorluğa müraciət edərək məmnun qalan Əkbər Əsədov Baş Prokurorluğun sosial şəbəkə hesabına minnətdarlığını ifadə etdiyi videoçarxı göndərməklə ictimailəşdirilməsini xahiş etmişdir. 
Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunan videoçarx ictimaiyyətə təqdim olunur.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.