Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşın qaldırıcı kranın hərəkəti zamanı xəsarət alması və aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

06.09.2021

Xəbər verildiyi kimi, iyunun 12-də Zaqatala rayonunun Göyəm kəndində Şəmsəddin İgidovun stasionar qaldırıcı kranın hərəkəti zamanı xəsarət alması və aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılmışdır.

İstintaqla müəyyən edilmişdir ki, Nail Bayramov idarə etdiyi 62-AC-524 dövlət qeydiyyat nişanlı kranla həmkəndlisinin həyətində müəyyən işlər görən zaman kranın sürücü kabinəsini döndərərkən kabinənin arxa hissəsinin orada dayanan digər həmkəndlisi Şəmsəddin İgidova dəyməsi nəticəsində sonuncu xəsarət almış, göstərilmiş tibbi yardıma baxmayaraq aldığı xəsarətlərdən ölmüşdür.

Bayramov Nail Nazim oğluna Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 
Hazırda cinayət işi baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.