Şriftin ölçüsü :

Saytın rəngi :

Şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı əsasında araşdırma aparılır

06.09.2021

Sentyabrın 5-i saat 19 radələrində İmişli rayonu, Aranlı kənd sakini 1985-ci il təvəllüdlü Elşad Zeynalovun elektrik cərəyanı vurması nəticəsində  ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Araşdırmalarla müəyyən edilmişdir ki, Elşad Zeynalov yaşadığı evin qarşısından keçən su kanalında sonluğu elektrik naqilinə bağlanmış dəmir tor vasitəsilə balıq tutarkən elektik cərəyanının vurması nəticəsində ölmüşdür.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.