Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Xəsarətlərin səbəbinin müəyyən edilməsi və pis rəftarın qəddarlıq dərəcəsinin qiymətləndirilməsi

06.09.2021

Avropa Məhkəməsi bildirir ki, dövlət orqanları güc tətbiqinə əl atarkən həmin güc tətbiqinə görə cavabdehliyi, o cümlədən onun mütənasibliyi məsələsini təmin etmək üçün bu tədbirin müəyyən formada müstəqil monitorinqini aparılmalıdır (Satık və başqaları Türkiyəyə qarşı iş, § 58). Belə cavabdehliyi təmin etmək üçün yoxlamaq lazımdır ki, əməliyyat düzgün tənzimlənibmi və fərdlərin hər hansı ciddi bədən xəsarəti riskini mümkün qədər minimuma endirə biləcək tərzdə təşkil edilibmi?. 
Məhkəmə ekspertizası sübutlarının vaxtında təmin edilməməsi qəddar rəftara dair iddiaların araşdırılmasının ümumi səmərəliliyinin qiymətləndirilməsində mühüm amillərdən biridir.
Avropa Konvensiyasının 2-ci maddəsi üzrə işlərdə olduğu kimi, 3 maddə üzrə şikayətlərdə də ölkədaxili səviyyədə hansı istintaq üsulu və ya forması tətbiq edilirsə-edilsin, məsələ dövlət orqanlarının diqqətinə çatdırılan kimi onlar öz təşəbbüsləri ilə hərəkət etməli və istintaq prosedurunun həyata keçirilməsinə görə məsuliyyəti ərizəçinin öhdəsinə buraxmamalıdırlar. (Qonqadze Ukraynaya qarşı iş, § 175)

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.