Şriftin ölçüsü :

Saytın rəngi :

Keçmiş arvadını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində başlanmış cinayət işi məhkəməyə göndərilmişdir

02.09.2021

2021-ci il mayın 28-də rayon sakini Rəna Xanaliyevanın qəsdən öldürülməsi faktı əsasında rayon prokurorluğunda istintaq aparılmışdır.
Aparılmış istintaqla zərərçəkmişin keçmiş əri Cavid Bayramovun  qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Rəna Xanaliyevanın iradəsi ziddinə mənzilinə daxil olaraq bıçaqla xəsarət yetirərək onu qəsdən öldürmüşdür
Cavid Bayramov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 157-ci (mənzil toxunulmazlığını pozma) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.