Şriftin ölçüsü :
Saytın rəngi :
Maral Xəlilovanın qanunsuz əməlləri barədə Füzuli Rayon Prokurorluğuna daxil olmuş kollektiv ərizə əsasında aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.
Araşdırmalarla rayonun Kərimbəyli kənd sakini Maral Xəlilovanın Xumar Əbdüləzimovanın etibarından sui-istifadə edərək sonuncunun oğlu Qorxmaz İdriszadənin əməlinin Cinayət Məcəlləsinin daha yüngül məsuliyyət nəzərdə tutan maddəsinə tövsif edilməsində köməklik etməsi müqabilində Xumar Əbüləzimovadan və qardaşı Eldost Hacıyevdən ümumilikdə 13 min manat məbləğində pul almasına əsaslı şübhələr müəyyən edilmişdir.
Fakta görə Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə cinayət işi başlanmışdır.
Hazırda cinayət işi üzrə istintaq davam edir.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı