Şriftin ölçüsü :
Saytın rəngi :
Avropa Məhkəməsi dəfələrlə bildirib ki, 3-cü maddə demokratik cəmiyyətin əsas dəyərlərindən birini mühafizə edir. Hətta mütəşəkkil terrorçuluğa və cinayətkarlığa qarşı mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncələri və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarı və ya cəzanı qadağan edir. Konvensiyanın 3-cü maddəsində istisnalar nəzərdə tutulmur və onun müddəaları hətta millətin mövcudluğunu təhdid edən fövqəladə vəziyyət şəraitində belə 15-ci maddənin 2-ci bəndində nəzərdə tutulmuş geri çəkilmələrə yol vermir. (Selmuni Fransaya qarşı iş, § 95, Assenov və başqaları Bolqarıstana qarşı iş, § 93).
Avropa Konvensiyasının 3-cü maddəsinin əhatə dairəsinə düşmək üçün pis rətfar minimal qəddarlıq səviyyəsinə çatmalıdır. Bu minimum səviyyənin qiymətləndirilməsi işin bütün hallarından, məsələn həmin rəftarın davam etmə müddətindən, onun fiziki və ya ruhi təsirlərindən, eləcə də bəzi hallarda qurbanın cinsindən, yaşından və sağlamlıq durumundan asılıdır. (İrlandiya Birləşmiş Krallığa qarşı iş, § 162; Kudla Polşaya qarşı iş, § 91, Pirs Yunanıstana qarşı iş, § 67).
Avropa Məhkəməsi hesab edir ki, rəftarın “qeyri-insani” olması üçün o, digər əlamətlərlə yanaşı, düşünülmüş olmalı, saatlarla tətbiq edilməli, habelə ya faktiki bədən xəsarəti, ya da fiziki və ruhi əzab yetirməlidir. O, rəftarı ona görə “ləyaqəti alçaldan” hesab edir ki, o, qurbanlarda təhqiredici və alçaldıcı olan qorxu, əzab və acizlik hisslərini yaradır. (Kudla Polşaya qarşı iş, § 92)

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı