Şriftin ölçüsü :

Saytın rəngi :

Bığır kənd 3 saylı tam orta məktəbin direktor müavinini elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı araşdırma aparılır

30.08.2021

Avqustun 29-u saat 12 radələrində Göyçay rayonu ərazisində bir nəfər şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

İlkin araşdırmalarla müəyyən edilmişdir ki, rayonun Bığır kəndi ərazisində Bığır kənd 3 saylı tam orta məktəbin direktor müavini Xəlil Şərifov yaşadığı evin həyətyanı sahəsini suvarmaq üçün su nasosu vasitəsilə su vurmaq istəyən zaman elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.

Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.