Şriftin ölçüsü :
Saytın rəngi :
Ləyaqəti alçaldan rəftar bu rəftara məruz qalmış insanları alçaltmaq və təhqir etmək üçün yetərli olan qorxu, əzab və kiçildilmə hissinin yaranmasına səbəb olan davranışdır. Bu, həmçinin qurbanın fiziki və ya mənəvi müqavimət gücünü sındıran (İrlandiya Birləşmiş Krallığa qarşı iş, §167) və ya qurbanı onun istəyi və ya şüuruna qarşı hərəkət etməyə sürükləyən (Yunan işi ilə bağlı Komissiyanın bildirdiyi mövqe, Fəsil IV, səh. 186) rəftar kimi də təsvir edilir.
Avropa Konvensiyasının 3-cü maddəsinin ehtiva etdiyi məna baxımından cəzanın və ya rəftarın “ləyaqəti alçaldan” olub-olmamasını nəzərdən keçirdikdə diqqət bu kimi rəftarın mahiyyəti kimi şəxsin alçaldılıb-alçaldılmamasına və təhqir edilib-edilməməsinə, həmçinin bu halın törətdiyi fəsadlar baxımından sözügedən şəxsə və onun şəxsiyyətinə uyğun gəlməyən tərzdə mənfi təsirin vurulub-vurulmamasına edilir (Ranninen Finlandiyaya qarşı iş, 16.12.1997, §55)

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı