Şriftin ölçüsü :

Saytın rəngi :

“Archico” MMC-nin əməkdaşının elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanmışdır

26.08.2021

Avqustun 25-i saat 17 radələrində Yasamal rayonu, Moskva prospekti ev 75A, mənzil 30 ünvanında bir nəfər şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

İlkin araşdırmalarla müəyyən edilmişdir ki, “Archico” MMC-nin əməkdaşı Ceyhun Paşayev qeyd edilən ünvanda elektrik xəttində təmir işləri görən zaman elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.