Şriftin ölçüsü :

Saytın rəngi :

#SORĞUYACAVAB - Qubadlı və Kəlbəcər Hərbi Prokurorluqlarının struktur və ştat tərkibi müəyyən edilib

25.08.2021

Baş Prokurorluğun Mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “İşğaldan azad olunmuş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında” 1 aprel 2021-ci il tarixli Sərəncamına əsasən Qubadlı və Kəlbəcər Hərbi Prokurorluqları yaradıldıqdan sonra Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə qeyd olunan hərbi prokurorluqların struktur və ştat tərkibi müəyyən edilmişdir.
Bundan başqa, müvafiq əmrlərlə Bayramov Mahir Ələmdar oğluna Kəlbəcər hərbi prokuroru, Mürsəlov Elşən Xıdır oğluna Qubadlı hərbi prokuroru vəzifələrinin icrası həvalə edilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.