Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon sakininin sağlamlığına qəsdən ağır zərər vurulması nəticəsində ölməsi faktı əsasında cinayət işi başlanmışdır

25.08.2021

Avqustun 23-ü saat 21 radələrində paytaxtın Yasamal rayon sakini, 1989-cu il təvəllüdlü Haşım Daşdəmirovun almış oldığı xəsarətlər nəticəsində 3 saylı Şəhər Klinik Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Haşım Daşdəmirov 02.08.2021-ci il tarixdə saat təxminən 01 radələrində Yasamal rayonunda yerləşən “Grandmart” adlı marketin qarşısında Əbil Məcidov ilə mübahisə etmiş, mübahisə zamanı sonuncunun Haşım Daşdəmirova yumruqla zərbə endirərək ona sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməsi nəticəsində Haşım Daşdəmirov 23.08.2021-ci il tarixdə xəstəxanada ölmüşdür.
Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Əbil Məcidov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.