Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - İşgəncə

24.08.2021

İlk dəfə “işgəncə”nin anlayışı Avropa Məhkəməsi tərəfindən Qolder (Golder) Birləşmiş Krallığa qarşı işi üzrə 05.11.1969-cu il tarixli, İrlandiyanın (İreland) Birləşmiş Krallığa qarşı işi üzrə 18.01.1978-ci il tarixli qərarlarında müəyyənləşdirilmişdir. Lakin sonradan Selmuni (Selmouni) Fransaya qarşı 28.07.1999-cu il tarixli işdə Avropa Məhkəməsi BMT İQK-nın 1-ci maddəsini öz presedent hüququna daxil etdi. İQK-nın 1-ci maddəsi “işgəncə” sözünün anlayışını daha ətraflı müəyyən etmişdir:
“Bu Konvensiyanın məqsədlərindən ötrü “işgəncə” istənilən elə hərəkəti bildirir ki, həmin hərəkətlə hər hansı şəxsdən və ya üçüncü şəxsdən məlumatlar və ya etiraflar almaq, onun və ya üçüncü şəxsin etdiyi və ya etməkdə şübhəli bilindiyi hərəkətə görə onu cəzalandırmaq, habelə onu və ya üçüncü şəxsi qorxutmaq və ya məcbur etmək üçün, yaxud istənilən xarakterli ayrı-seçkiliyə əsaslanan hər hansı başqa səbəbə görə ağrı və ya əzab dövlətin vəzifəli şəxsi və ya rəsmi şəxs qismində çıxış edən digər şəxs tərəfindən və ya onların təhriki ilə, yaxud xəbərdar olmaları və ya susmaqla razılaşmaları ilə verilməklə, hər hansı şəxsə qəsdən fiziki və ya mənəvi cəhətdən güclü ağrı və ya əzab verilir. Qanuni sanksiyalar nəticəsində baş verən, həmin sanksiyalardan ayrılmaz olan və ya təsadüfən onlardan törəyən ağrı və ya əzablar bu anlayışa daxil deyil”.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.