Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Pis rəftarın formaları

23.08.2021

“İşgəncə”, “qeyri-insani” və “ləyaqəti alçaldan” hərəkətlər – pis rəftarın formalarıdır. 
“İşgəncə”nin xüsusiyyəti - konkret şəxslərdən etiraflar və ya məlumatlar almaq, onları cəzalandırmaq və ya təhdid etmək məqsədilə, yaxud ayrı-seçkiliyə əsaslanan hər hansı digər səbəbə görə onlara güclü fiziki və ya mənəvi ağrının və ya iztirabın qəsdən yetirilməsindən ibarətdir. “Qeyri-insani” rəftarın xüsusiyyəti - fiziki və ya mənəvi iztirabın qeyri-sivil xarakterini nəzərdə tutur. “Ləyaqəti alçaqdan” rəftarın xüsusiyyəti – kiçildici və alçaldıcı təsirlərlə assosiasiya olunan daha konkret hisslərlə əlaqədardır. 
Avropa Konvensiyasının 3-cü maddəsinin təsiri dairəsinə düşməsi üçün pis rəftar minimal qəddarlıq səviyyəsinə çatmalıdır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.