Şriftin ölçüsü :

Saytın rəngi :

Keçmiş arvadını qəsdən öldürməyə cəhd edən şəxs barəsində başlanmış cinayət işi məhkəməyə göndərilmişdir

20.08.2021

2021-ci il iyunun 04-də Salyan şəhər sakini Cəmilə Əsgərovanın kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Salyan Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanmışdır.
İstintaqla müəyyən edilmişdir ki, zərərçəkmişin keçmiş əri Xəyal Əsgərov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Cəmilə Əsgərovaya mətbəx bıçağı ilə müxtəlif bədən xəsarətləri yetirərək onu qəsdən öldürməyə cəhd etmişdir.
Xəyal Əsgərov Cinayət Məcəlləsinin 29, 120.1-ci (adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.