Şriftin ölçüsü :

Saytın rəngi :

#SORĞUYACAVAB - Ərinin səhhətində həkim səhvi nəticəsində fəsadların yaranması ilə bağlı vət.Günel Gözəlovanın müraciəti üzrə hazırda Nərimanov rayon prokurorluğunda araşdırma davam etdirilir

19.08.2021

Baş Prokurorluğun Mətbuat xidmətindən daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, vət. Günel Gözəlovanın ərinin həkim səhvi nəticəsində səhhətində fəsadların yaranması ilə bağlı müraciəti əsasında hazırda Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.
Araşdırma zamanı izahatlar alınmış, həkim səhvinin olub-olmamasını müəyyən etmək məqsədi ilə komisyon məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.
Bundan başqa, həkim tərəfindən aparılan müalicə və reanimasion tədbirlər zamanı hər hansı qanun və tibbi protokolların tələblərinin pozulması hallarına yol verilib-verilməməsinin araşdırılması məqsədi ilə xidməti yoxlama aparılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə Baş Prokurorluq tərəfindən müraciət edilmişdir.
Hazırda araşdırma davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.