Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Şəxsi həyatın toxunulmazlığı

19.08.2021

Avropa Məhkəməsi Von Hannover Almaniyaya qarşı işində qeyd etmişdir ki, şəxsi həyatın toxunulmazlığı anlayışı şəxsin adı, şəkli və ya fiziki və mənəvi toxunulmazlıq kimi şəxsi kimliklə bağlı aspektləri əhatə edəcək qədər genişdir; Avropa Konvensiyasının 8-ci maddəsi ilə verilən təminat ilk növbədə hər bir fərdin digər insanlarla münasibətində kənar müdaxilə olmadan şəxsiyyətinin inkişaf etdirilməsini təmin etməlidir. Hətta ictimai kontekstdə şəxsin başqaları ilə qarşılıqlı ünsiyyət zonası var ki, bu da şəxsi həyatın toxunulmazlığının əhatə dairəsinə daxil ola bilər. Şəklin yayımlanması şəxsin hətta ictimai xadim olduğu hallarda onun şəxsi həyatına müdaxilə hesab edilə bilər.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.