Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Mənbələrin qorunması

18.08.2021

Avropa Məhkəməsi qeyd etmişdir ki, “Jurnalist mənbələrinin qorunması mətbuat azadlığının əsas şərtlərindən biridir. Bu cür qorumanın olmaması mənbələri ictimai maraq doğuran məsələlər haqqında ictimaiyyəti məlumatlandırmaqda mətbuata yardım etməkdən çəkindirə bilər. Nəticədə, mətbuatın mühüm ictimai nəzarətçi rolu zəifləyə və onun dəqiq və etibarlı məlumatlar təmin etmək imkanı mənfi təsir görə bilər. Demokratik cəmiyyətdə mətbuat azadlığı üçün jurnalist mənbələrinin qorunmasının əhəmiyyətini və mənbə açıqlanması ilə bağlı əmrin həmin azadlıqdan istifadənin üzərindəki mənfi təsirini nəzərə alsaq, belə bir tədbir ictimai marağın əsas tələbləri ilə əsaslandırılmadıqda, Avropa Konvensiyasının 10-cu maddəsi ilə uyğun ola bilməz.” 
(Qudvin Birləşmiş Krallığa qarşı, 1996, § 39.)

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.