Şriftin ölçüsü :

Saytın rəngi :

Azyaşlı oğlu ilə intihara cəhd edən ana istintaqa cəlb edilmişdir

14.08.2021

Avqustun 14-ü saat 08 radələrində Biləsuvar rayon sakini, 2020-ci il təvəllüdlü Zakir Hacıyevə (ad şərtidir) məxsus meyitin Biləsuvar RMX-yə daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin anası  1991-ci il təvəllüdlü Reyhan Hacıyeva (ad şərtidir) həmin gün saat 07 radələrində rayonun İsmətli kəndi ərazisindən keçən su kanalına intihar etmək məqsədi ilə özünü və oğlunu atmış, nəticədə Zakir Hacıyev (ad şərtidir) suda boğularaq ölmüşdür. Reyhan Hacıyeva (ad şərtidir) isə kənd sakinləri tərəfindən sudan çıxarılmışdır. 
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanmışdır.
Reyhan Hacıyeva (ad şərtidir) şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda istintaq davam edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.