Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - İfadə azadlığının məhdudlaşdırılması ilə bağlı öhdəliklər

14.08.2021

İfadə azadlığının məhdudlaşdırılması ilə bağlı 10-cu maddənin 2-ci bəndi bu hüququn istifadəsi ilə bağlı "vəzifə və öhdəliklərə" istinad edir. Dövlət qulluqçularının xüsusi öhdəlikləri ilə bağlı problemlər bir neçə məhkəmə işində diqqətə çatdırılmışdır: “Hər bir dövlət qulluqçusu funksiya və rütbəsindən asılı olmayaraq bərabər şəkildə bu öhdəliyi yerinə yetirməyə borcludur. Bu deməkdir ki, hər bir dövlət qulluqçusu məsələ ilə bağlı şəxsi fikrinin nə olmasından asılı olmayaraq, səlahiyyətli orqanların Konstitusiyaya zidd olaraq qiymətləndirdiyi bütün qrup və hərəkatlardan birmənalı şəkildə imtina etməlidir. Bu, xidmət və şəxsi həyatı fərqləndirməyə imkan vermir; öhdəlik hər bir kontekstdə borcdur”. 
Avropa Məhkəməsi bildirir ki, ədliyyə sistemində xidmət göstərən dövlət qulluqçularının ədliyyənin hakimiyyəti və qərzsizliyi ilə bağlı şübhənin olduğu bütün məhkəmə işlərində ifadə azadlığı hüquqlarından istifadə zamanı təmkinlilik nümayiş etdirmələri gözlənilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.