Şriftin ölçüsü :

Saytın rəngi :

Tanışını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulmuşdur

14.08.2021

Avqustun 13-ü saat 19 radələrində Qazax rayon sakini, 1999-cu il təvəllüdlü Novruz Mansurovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki,  rayonun İkinci Şıxlı kəndində yerləşən “İnvestel Group” MMC-də mühafizəçi işləyən 2000-ci il təvəllüdlü Nəsimi İsmayılov onunla eyni yerdə fəhlə işləyən Novruz Mansurov ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla sonuncunun ürək nahiyəsinə bir dəfə xəsarət yetirərək  qəsdən öldürmüşdür.
Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Nəsimi İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda istintaq  davam edir.\

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.